Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞANLI ZƏFƏR TARİXİMİZ

0

  • Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı, veteran döyüşçü kimi çox hadisələrin şahidi
    olmuşam. Xankəndi şəhərində yaşayırdım. 1988-ci il fevral ayının 13-də erməni seperatçıları Xankəndində ilk dəfə “Miyatsum” şüarı ilə nümayişə
    başladılar. Keçmiş SSRİ-nin baş katibi Qorbaçov yenidənqurma adı altında Qarabağı Ermənistana verməyi söz vermişdi. Azərbaycanın qəti etirazını görən SSRİ höküməti bunu reallaşdırmışdı. Buna görə də hayasızlaşmış ermənilər Qarabağı “Artsax” dövləti kimi dünyaya tanıtmağa can atırdılar.

       Qarabağda yaşayan azərbaycanlıların ov tüfənglərini belə yığıb silahsızlaşdırdılar. Ruslar erməniləri xüsusi qoruyur və silahlandırırdılar. Həmin vaxt əli silahsız xalq canlarından keçərək Vətənin müdafiəsinə qalxdı.
       Vahid komandanlığımız, ordumuz olmadığına görə mənfur ermənilər böyük qətliyam törətdilər. Buna Qaradağlı, Xocalı, Ağdaban faciələri
    misaldır. Qeyri-bərabər döyüşlərdə məğlub olduq. Rus ordusunun, döyüş texnikalarının köməyilə əzəli-əbədi Vətənimiz olan Qarabağı işğal etdilər.
    Qərbi Azərbaycanda yaşayan qardaş-bacılarımızı faciəli sürətdə çıxartdılar. Bir milyondan artıq qaçqın və məcburi köçkün oldu. Ermənilər kimi mənfur bir məxluq yer üzündə yoxdur. Ermənilər uşaq, qadın, qoca demədən, məhz azərbaycanlı
    olduqlarına görə, ağlasığmaz işgəncələrlə onları qətlə yetirirdilər. Sanki, bu millətin kökünü kəsmək istəyirdilər. Dünya dövlətləri onlara havadarlıq edir, bu qətliyamları görməzdən gəlirdilər.
       I Qarabağ müharibəsində 23500-dən çox şəhidimiz, 50 000-ə yaxın yaralımız, 4210 itkin düşənimiz oldu. İtkin düşmənlərin taleyindən hələ də xəbər yoxdur. Azərbaycan xalqının müdrik oğlu Ümummilli Lideri 1993-cü il iyunun 25-də hakimiyyətə gəldi. Şəxsən özünün iştirakı ilə erməniləri ağır
    məğlubiyyətə uğratdıqdan sonra, 1994-cü il may ayının 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs elan oldundu. Atəşkəs olmasına baxmayaraq, yağı düşmən daim terror hadislələri törədirdi. Demək olar ki, hər gün  şəhid verirdik.
      Uzaqgörən prezidentimiz, Ümummilli Liderimiz,dövlətçiliyimiz, iqtisadiyyatımızı inkişaf etdirməklə bərabər ordu quruculuğuna xüsusi diqqət ayırdı. Onun işlərini oğlu, hörmətli prezidentimiz, Ali Baş Komandan İlham
    Əliyev şərəflə davam etdirir.

    Ölkəmiz çoxşaxəli şəkildə inkişaf etdi. Ordumuzun inkişafinda türk qardaşlarımızın böyük rolu
    oldu. Onların təlimləri nəticəsində yüksək səviyyəli hərbi kadrlarımız yetişdi.
    Xüsusi təyinatlı qüvvələrimiz yarandı. Təcavüzkar erməni faşistləri daim yeni torpaqlar işğal etməyə çalışırdılar. Torpaqlarımıza hücum edirdilər.
       2016-cı il aprel döyüşləri də erməni təxribatı
    nəticəsində  baş verdi. Bu döyüşlərdə şəhidlərimiz və yaralılarımız oldu. Lakin bu döyüşlərdə ermənilər yerlə-yeksan oldu. Torpaqlarımızın bir qismi , eləcə də strateji əhəmiyyəti olan
    Lələtəpə yüksəkliyi  işğaldan azad oldu. Azərbaycan qəhrəman oğullarının qarşısında tab gətirməyən dığalar Qarabağda çox möhkəm “Ohanyan”
    istehkamları qurdular.
       Havadarlarının köməyinə arxalanaraq 2020-ci il Tovuz istiqamətində hücuma keçdilər. Bu döyüşdə general Polad Həşimov olmaqla, 12 nəfər hərbçi, bir nəfər mülki vətəndaş şəhid olmuş, 4 nəfər yaralı
    olmuşdur. Tovuz hadisələrindən  sonra bütün xalq ayağa qalxdı. Gənclər, əli silah tutan hər bir azərbaycanlı prezidentinə  müraciət etdi ki,
    biz könüllü müharibəyə hazırıq.
        Mənfur düşmən 2020-ci il sentyabr ayının 27-si demək olar ki, bütün istiqamətlərdə hücuma keçdilər.
        Ali Baş Komandanımızın rəhbərliyi altında əks-hücum əməliyyatı başladı. Bu əməliyyat “Dəmir yumruq” əməliyyatı adlandırıldı. Bu müharibə dünyaya sübut etdi ki, xalq, ordu, dövlətin güclü və sarsılmaz birliyi var. Hələ Azərbaycan xalqının belə birliyi görünməmişdi.
       Bunun nəticəsi idi ki, ordumuz düşmənə ard-arda tez bir zamanda sarsıdıcı zərbələr vurdu.
       Cəbrayıl, Füzuli, Zəngilan , Qubadlı, Hadrut işğaldan azad edildi.
        Ali Baş Komandanımız qeyd  etdi ki, Şuşanı
    işğaldan azad etməsək haqq işimiz yarımçıq qalar.
       2020-ci il noyabr ayının 8-də əziz Şuşamız qəhrəman oğullarımızın, rəşadətli ordumuzun igidliyi nəticəsində işğaldan azad oldu.
    Ermənilərin keçilməz adlandırdıqları istehkamlarının, “məğlubedilməz”ordularının , havadarlarının uydurduqları bir yalançı mif olduğu
    sübut olundu.
        2020—ci il noyabr ayının 9-dan 10-na keçən gecə
    Paşinyan İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə kapitulyasiya aktını imzaladı. Bundan sonra heç bir güllə atmadan Ağdamı, Kəlbəcəri, Laçını işğaldan azad etdik.
       Demək olar ki, 200 il müddətində tarixdə işğal olunmuş torpaqlar qayıtmamışdı. Axır ki, Azərbaycan xaqlı qələbəmi daddı.
        Birinci Qarabağ müharibəsində şəhidlərimiz oldu, torpaqlarımız işğal olundu. İkinci Qarabağ müharibəsində şəhidlərimiz oldu, torpaqlarımız işğaldan azad oldu. Artıq ordumuz dünyanın ən güclü ordularından biridir.
    İkinci Qarabağ müharibəsində 2908 şəhidimiz oldu, 6 hərbçimiz itkin düşdü, 12 hərbçimiz əsir düşdü, çox sayda qazilərimi var. Rayonumuzdan da
    İkinci Qarabağ müharibəsində könüllülər iştirak etdi. Onlar Ali Baş Komandanımız tərəfindən medallarla təltif olundular. Rayonumuzdan da şəhidlər oldu:
        1) Miriyev Sənan Arif oğlu
        2) Nəsibov Xəqani Kamran oğlu
        3) Abdullayev Tural Şakir oğlu
         4) Əhmədov Nicat Həsən oğlu
         5) Mustafayev Ceyhun Şükür oğlu
         6) Ramazanlı Əlizamin Umud oğlu
         7) Cavadov Namiq Rəhbər oğlu
         8) Məmmədov Elnur Xurşid oğlu
    Hazırda Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində antiterror
    tədbirləri davam edir. Antiterror tədbirlərində  Xocalı sakini Məmmədov Samir Aqil oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Torpaq uğrunda ölən varsa, vətəndir. Allah şəhidlərimizə rəhmət
    eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Yaşasın Ali Baş Komandanımız, ordumuz, xalqımız! Qarabağ Azərbaycandır! Düşmənlərimiz unutmasın ki, “Dəmiryumruq yerindədir”.
                                                  Xudayar Quliyev,
    Xocalı rayon sakini, Qarabağ müharibəsi veteranı

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib75 dəfə
    Şanli zƏfƏr tarİxİmİz

    Maraqlı gələ bilər